Tarix

1-Antik era

Daş dövrü Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4 minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən – paloit dövrü(qədim), mezolit dövrü (orta) və neolit dövründənən (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorunmağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır.

30-10 min il öncə Azərbaycanda son paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqatların (sitayiş, ibadət) yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi.

Mezolit Azərbaycanda e.ə. 11–8 minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin “muzeylərindən” biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər.

Tunc dövrü Azərbaycanda e.ə. 4-1 minillikləri əhatə edir. Tayfa və qəbilə ittifaqlarının yaranması elə bu ərəfədə başlanır. İnsan məskənlərinin və ümumi əhalinin sayı durmadan artır. Kiçik və Orta Asiya, Mesopatamiya və Şimali Qafqazla ticarət və digər əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanda tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinə aid tapıntılar əsasında dərindən öyrənilmişdir. Bu mədəniyyət təkcə Azərbaycanı deyil, həmçinin Cənubi və Şimal-Şərqi Qafqazı və Kiçik Asiyanın şərq ərazilərini də əhatə edirdi. Bu dövrdə insanlar yumşaq misi xüsusi sobalarda əridib onu qalayla qatışdıraraq tunc əldə etməyi öyrənirdilər. Tunc misdən daha bərk olduğuna görə tezliklə əmək alətləri, silah və bəzək əşyaları məhz bu materialdan hazırlanmağa başlanır. Bu dövrə həmçinin əkinçilikldə süni suvarma sisteminin formalaşması, bağçılıq təsərrüfatının təkamülü, heyvadarlıqda həm iri, həm də xırda buynuzlu heyvanların saxlanması, atçılıq sürətlə inkişaf edir. Sənətkarlıqda metal işləmə, zərgərlik, müxtəlif növ parça istehsalı və toxuculuq kimi yeni sahələr formalaşaraq yayılmağa başlayır. Orta tunc dövründə (e.ə. 3-2 minilliyin 1-ci yarısı) möhkəm müdafiə istehkamlı iri yaşayış məntəqələri əmələ gəlir. Bu məntəqələrdəki yaşayış evləri, bir qayda olaraq düzbucaq formasında olub bir neçə otaqdan ibarət idi. Məhz bu dövrə müxtəlif tayfa ittifaqarının yaranması və onlar arasında savaş və hərbi münaqişələrin geniş vüsət alması təsadüf edir.

800px-Ancient_Azerbaijan_4

Qobustan

2-Feodal dövrü

Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-65) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşşaha III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq üçün Varaz-Qriqora hərbi yardım məqsədilə müraciət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə göstərdiyi şücaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir. XV əsrin ikinci yarısında Ərdəbil və onun ətraf əyalətlərinin yüksəlişi başlanır. Bu ərazidəki torpaqlar Şeyx Səfinin (1252-1334) varisləri tərəfindən idarə edilirdi. Onlar və tərəfdarları islamın şiə məzhəbini qəbul etmiş və on iki şiə imamına ibadət edirdilər. Bu səbəbdən onlar başlarına on iki zolaqlı çalma taxırdılar. Məhz buna görə də onlara Səfəvilərə yanaşı, həm də Qızılbaşlar da deyirdilər.

Maiden_Tower_(Baku)

Qız Qalası

3-Yeni dövr

1801-ci ildə Rus imperiyası Şərqi Gürcüstan ərazilərini özünə birləşdirərək Qafqaz canişinliyini yaradır. Bunun ardınca 1802-ci ildə rus generalı P.D.Sisianov Azərbaycanı Rusiyaya qatmaq məqsədi ilə hərbi əməliyyatlara başlayır. XIX əsrin II yarısında Şimali Azərbaycanın iqtisadi həyatı Rusiyada kapitalist münasibətlərinin inkişafı ilə sıx əlaqəli idi. Bu baxımdan ölkədə ən iti surətlə neft hasilatı və sənayesi inkişaf edirdi. Artıq 1872-ci ildə neft hasilatında icarə üsulu tətbiq edilməyə başlayır ki, bu da həmin sahədə kapitalist münasibətlərinin inkişafına güclü təkan verir. XX əsrin əvvəllərində Şimali Azərbaycan neft sahəsində dünyada birinci yerdə idi. 1901-ci ildə o dünya neft hasilatının 50%, Rusiya neftinin isə 95% təmin edirdi. Ölkədə kapitalist münasibətlərinin inkişafı ilə paralel kustar sənətkarlıq da mövcud idi. XX əsrin əvvəlində Cənubi Azərbaycanda yaşayan əhalinin vəziyyəti ağır olaraq qalırdı. Bu da cəmiyyətin demək olar ki, bütün təbəqələrində getdikcə artan narazılığa səbəb olurdu. 1908-ci il dekabrın 12-də İranın paytaxtı Tehranda bir qrup tacir döyülərək həbs edilmişdir. Bu fakt kütləvi çıxışların başlanmasına səbəb oldu. Həmin gün 1905-1911-ci illər İran inqilabının başlanması hesab olunur.

Azərbaycan Demokratik Respublikası

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi.Fətəli xan Xoyskinin başçılığı ilə ADR hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.

480px-Emin_bey

Məhəmməd Əmin Rəsulzadə

Sovet İttifaqın tərkibində

1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müsətqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Federasiyası təşkil edildi. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Federasiyasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. İkinci dünya müharibəsi (1939-1945) XX əsrdə ən ağır və dəhşətli bir dövr olmuşdur. Azərbaycan xalqı bu müharibədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir və təxminən 300 minə yaxın itki vermişdir.

AzSSR SSRİ tərkibində

AzSSR SSRİ tərkibində

Respublika dövrü

Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə yəni 1991 və 1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan geniş miqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşdığı Xocalı şəhərində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla min nəfərə yaxın dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Bundan sonra 8 mayda ermənilər Azərbaycan mədəniyyətinin çeşməsi Dağlıq Qarabağda azərbaycanlıların dayağı olan Şuşadan qovuldu. Şuşanın süqutu ilə Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı başa çatdı.

1992-ci ilin mayın 18-19-da Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın hüdudlarından olan Laçın rayonunu işğal etdilər. Nəticədə 63341 Laçın sakinləri daimi yaşayış yerlərindən qovuldu. Eyni zamanda Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan -Türkiyə sərhədinin strateji əhəmiyyətə malik sahəsinə hücum etdi. Bu müddət ərzində Respublikanın siyasi həyatında da mühüm hadisələr cərəyan etməkdə idi. Xocalı faciəsindən sonra 1992-ci ilin martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov  istefaya getməyə məcbur oldu. Həmin ilin mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament dörd gün əvvəl qəbul etdiyi öz qərarını qanunsuz olduğunu elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu.

Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan Respublikasının 17 min kvadrat kilometrindən çox torpağı işğal olunmuşdur ki, bu da ölkə ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə 18000 nəfərdən çox ölkə vətəndaşı həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuşdur.

1994-cü ilin sentyabrında Bakıda “Əsrin Müqaviləsi” adı almış neft müqaviləsi bağlandı. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə yönəldilmiş bu və digər müqavilələr Azərbaycana yaxın illərdə qoyulacaq xarici sərmayənin 60 milyard dollardan çox olmağını nəzərdə tutur. Bu müqavilələr dəyərli siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq siyasətində rolunu gücləndirən amil funksiyasını daşıyır. Azərbaycan neftinin dünya bazarına nəqli sahəsində də uğurlu addımlar atılmış, “Bakı-Supsa” boru kəməri tikilib istifadəyə verilmişdir. Strateji əhəmiyyət kəsb edən “Bakı-Tbilisi-Ceyhan” əsas neft ixrac boru kəmərinin tikintisi uğurla həyata keçirilməkdədir.

1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına “xüsusi qonaq” statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam hüquqlu üzvü olmuşdur. 2001-ci ilin noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli qərarlar qəbul etmişdir.

Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev (1997-ci il)

Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev (1997-ci il)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: