İdman

Hələ eramızdan iki min il əvvəl Azərbaycanda bürünc alətlərin işləndiyi vaxtlarda (bürünc dövrü) insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qobustan qədim qayaüstü yazıları buna parlaq misaldır. Qayalar üstündə həkk olunmuş çoxlu rəsmlər, cizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir edir.

12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim Şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumatlar verilir. 9-6 əsr əvvəl yaradılmış “Avesta” kitabında insan bədəninin təmizlik və gözəlliyi xüsusi olaraq qeyd olunur.

1900-cü ilin əvvəllərində Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etməyə başlayır. 1910-cu ildə Bakı gimnaziyasının müəllimi V.Qriçbovski tərəfindən üzgüçülük məktəbi yaradılmışdı. Bu qəbildən Bakı gimnaziyasının müəllimi Leonid Romançenkonun həyatı diqqətəlayiqdir. 1912-ci ildə Bakı gimnaziyasının müəllimi Leonid Romançenko 24 saat 20 dəqiqə ərzində Xəzər dənizində məsafəyə üzmüşdür. Bu o dövr açıq dəniz marafonçusu üçün görülməmiş nəticə idi. Bununla L.Romançenko əvvəlki rekordçu La Manşı keçən ingilis Burqisin rekordunu kölgədə qoydu. Lakin 1917-ci ilə qədər bu nəticələr tək-tək idmançılara məxsus idi və bu həvəskar idmançılara öz ustalıqlarını artırmağa heç kəs kömək etmirdi. Bu hadisədən sonra Bakı üzgüçülük məktəbində məşğul olanların sayı 200-dən çox olmuşdur.

1920-ci ildə respublikamızda “Sokol” və “Unita”, “Avtomotor”, “Vodnik”, “Reçnik” və b. cəmiyyətlər (bu cəmiyyətlər inqilabdan sonra bədən tərbiyəsi birliyinə çevrildi) fəaliyyət göstərirdi. 1921-ci ildən başlayaraq müxtəlif idman növləri üzrə şəhərlərarası yarışlar keçirildi. Bədən tərbiyəsi və idman işlərinə Azərbaycan həmkarlar ittifaqları xüsusi qayğı göstərməyə başladı (1922). Bakıda ilk dəfə olaraq bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı (1923).

Azərbaycan Olimpiya Hərəkatı (OH) tarixini şərti olaraq üç dövrə bölmək olar. Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi dövr (1952-1988), Müstəqil Dövlətlər Birliyi (MDB) yığma komandası tərkibində iştirak etdiyi dövr (1988-1992) və Azərbaycan müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşulduğu dövr (1992). Azərbaycan idmançıları SSRİ Olimpiya komandasının tərkibində Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Sərbəst üsulla güləşçi R.Məmmədbəyovun 1952-ci il Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda Y.Konovalov, A. Kornelyuk (atletika), İ.Rıskal, V.Lantratova (voleybol) V.Mineyev (müasir beşnövçülük), A.İbrahimov (sərbəst güləş), R. Şabanova, L. Şubina, L. Savkina (həndbol), İ.Məmmədov, B.Koretski (qılıncoynatma), İ. Ponamaryov (futbol) və başqalarının uğurlu çıxışları Azərbaycan idmançılarının nüfuzunu daha da artırdı. 1992 il Barcelona Olimpiadasında Azərbaycan Müstəqil Dövlətlər Btrliyinin (MDB) yığma komandasında cəmi 5 nəfər idmançı ilə təmsil olunsa da, idmançılarımızdan ikisi N.Hüseynov (cüdo), V. Belinki (gimnast) yüksək nəticələr göstərərək Olimpiya çempionu adına layiq görülmüşdülər. 1992 ildə MOK.-un yaradılması və onun BOK.-un tərəfindən tanınması ilə ölkəmizin Olimpiya Hərəkatında (OH) yeni bir dövr başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi. Azərbaycan ilk dəfə olaraq 1996 il Atlanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən N. Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan Respublikasının Milli Olimpiya komandasının Olimpiya oyunlarında qazandığı ilk medaldır. MOK.-un prezidenti İlham Əliyev komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbaycan MOK-u ölkəmizdə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir.

Hazırda Azərbaycanda 21 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: