Elektron Təhsil Müsabiqəsinin qalibləri açıqlandı

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən IV “Elektron Təhsil” və “1 şagird : 1 kompyuter” Respublika müsabiqələrinin qalibləri 23 avqust tarixində elan edildi.

“Elektron Təhsil” müsabiqəsi

“Elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli”,  “Təhsildə İnternet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları  üzrə keçirilən IV “Elektron təhsil” müsabiqəsində 781 layihə iştirak etmişdir. Müsabiqə üzrə onlayn müzakirələrdəwww.musabiqe.edu.az İnternet səhifəsində 2013-cü ilə qədər qeydiyyatdan keçmiş 4937 müəllim, 1616 tələbə, 4405 şagird, 570 valideyn iştirak etmişdir.

Müsabiqənin məqsədi Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının daha geniş istifadəsini stimullaşdırmaq və müəllimlər üçün bu istiqamətdə motivasiyanı artırmaqdır.

“Elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli” nominasiyası üzrə I yerə Sona Səlimova (Bakı Modern Məktəbin müəlliməsi), II yerə Çingiz Əzimov (Ağdam rayonu Quzanlı kənd tam orta məktəbin 9-cu sinif şagirdi), III yerə isə Cəsarət Əzimov (Ağdam rayonu Quzanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi) layiq görülmüşdür.

Müəllimlırin bloqları” nominasiyası üzrə I yeri Sevil Abdulkərimova (Mingəçevir 3 nömrəli tam orta məktəbin müəlliməsi) tutmuşdur. Gülbəniz İbrahimova (Kürdəmir 1 nömrəli tam orta məktəbin müəlliməsi) II yerə,  Etibar Süleymanov (Ordubad Dırnıs tam orta məktəbin müəllimi) və Şərafət Bayramov (İsmayıllı Cülyan kənd tam orta məktəbin müəllimi) III yerə layiq görülmüşlər.

Birgə layihə ilə çıxış edən Dünyabəyim Eminova və Nail Fərəcov (İsmayıllı 2 nömrəli məktəb) “Təhsildə İnternet resursları” nominasiyası üzrə I yerə,  Aliyə Səlimova və Anar Səlimov (Bakı şəhər, 264 nömrəli tam orta məktəb) – II yerə, Aygün  Qasımova (Şəki şəhər, 5 nömrəli tam orta məktəbin müəlliməsi) – II yerə, Aydın Əbilli (Bakı şəhər, Yeni Yazarlar və Sənətçilər Qurumu) isə III yerə layiq görülmüşdür.

Qaliblərə diplomlar, noutbuklar, netbuklar, printerlər və digər xüsusi mükafatlar təqdim olunmuşdur.

Qaliblərlə yanaşı 24 iştirakçı fərqlənənlər adına layiq görülmüşdürlər. Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr təqdim edilmişdir.  Qeyd etmək lazımdır ki, müsabiqə artıq dördüncü ildir ki, keçirilir və 2010-2012-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 2000-dən artıq layihə təqdim edilmişdir.

“1 şagird:1 kompyuter” müsabiqəsi
Müsabiqənin əsas məqsədi Təhsil nazirliyi tərəfindən alınmış 200 ədəd netbuku daha səmərəli istifadə etməyə hazır olan müəllimlər və məktəblər arasında bölüşdürülməsidir.

Müsabiqəyə 206 nəfər iştirakçı layihələrini təqdim etmişdir. Qaydalara əsasən müsabiqədə yalnız II-VI sinif müəllimləri iştirak etmişdir. Müsabiqənin birinci mərhələsinə 140 iştirakçının layihəsi qəbul edilmişdir. Yaradılmış ekspert komissiyasının seçimi əsasında 30 layihə ikinci mərhələyə keçid almış və yekun olaraq 9 müəllimin layihəsi müsabiqənin qalibi seçilmişdir.

Müsabiqənin qalibləri Dilarə Şəfiyeva (Sumqayıt şəhər, TET Gimnaziyası), Afaq Eyubova (Bakı şəhər “Ankara” məktəb-liseyi), Gülzar Əliyeva (Lənkəran rayon, 4 nömrəli HTM),  Zenfira Əsədova (Sumqayıt şəhər, TET Gimnaziyası), Bahar Abdullayeva (İsmayıllı rayon, 1 nömrəli tam orta məktəb), Şəhla Qəribova (Şamaxı rayon, 10 nömrəli tam orta məktəb), Sevil Xəmmədova (Bakışəhər, Bağça-məktəb-lisey kompleksi), İqbal Məmmədov (Şamaxı rayon, Nağaraxana kənd tam orta məktəbi), Rövşən Əliyev (İsmayıllı rayon, Lahıc kənd tam orta məktəb) müəyyən olunmuşdur.

Qalib gəlmiş müəllimlərin sinif otağı Təhsil nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq, noutbukla, proyekotrla, elektron lövhə və şagirdlərin sayına uyğun netbuklarla təchiz ediləcəkdir.
Onuda qeyd etmək lazımdır ki, “Elektron Təhsil” və “1 şagird : 1 kompyuter” müsabiqələrində iştirak edən bütün layihələr onlayn olaraq təqdim edilmişdir. Beləki, iştirakçilar www.musabiqe.edu.az veb səhifəsindən qeydiyyatdan keçərək, müvafiq ərizəni doldurduqdan sonra öz işlərini müsabiqəyə göndərmişlər. Eyni zamanda müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən də onlayn olaraq qiymətləndirilmişdir.

Müsabiqə “Dr. Web”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “AZEDUNET”, “Ultra”, “Mədəd Azərbaycan” və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənib.

Hamını təbrik edirəm və sizə keçirilən tədbirdən şəkillər təqdim edirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: