“Gələcəyin eynəyi” hansıdır?

Google”-un həmtəsisçisi Sergey Brin əvvəllər yalnız videolentlərdə göstərilən “Smart Glass” interaktiv eynəklərini əyani şəkildə nümayiş etdirib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qurğu informasiyanı birbaşa eynəyin şüşə linzasında göstərən quraşdırılmış mini-kompüterdir.
загруженное (6)
Sergey Brinin nümayiş etdirdiyi eynək sağ göz üstündə yerləşən kiçikölçülü ekrana, mərkəzi prosessora, simsiz ötürücü, yaddaş və kameraya malikdir və çərçivəsində yerləşdirilən kiçik düymələr vasitəsilə idarə olunur. ABŞ-da dəyəri 1500 dollar təşkil edəcək eynəklərin ilk buraxılışlarını sifariş etmək mümkündür. Kütləvi satışlardan əvvəl eynəkləri yalnız ABŞ-da yaşayan indiki “Google I/O” konfransının iştirakçıları sifariş edə bilərlər.“Google”-un həmtəsisçisi eynəklərin sınaq prototiplərinin kifayət qədər bahalı olmasını etiraf edərək bildirib ki, qiymətin belə yüksək olması yeni texnologiya ilə əlaqədardır. “Biz hesab edirik ki, eynəklərin istifadə dairəsi biznes, sənaye və ya tibbi sahədə tətbiqi ilə məhdudlaşdırılıb, buna görə eynəklərin tezliklə satışa çıxarılacağını gözləməyə dəyməz”.

Mənbə: http://www.lent.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: