Eurovision 2013 Azerbaijan

загруженное (7)
azxeber.com-un məlumatına görə, münsiflər heyəti İsveçin Malmö şəhərində keçiriləcək yarışmada Azərbaycanı təmsil edəcək ifaçı qismində Fərid Məmmədovu seçib.

Məlumata görə, finalda 10 yarışmacı – Vüqar Məmmədov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova, Vlada Axundova, Valeriya Hüseynzadə və Aysel Babayeva iştirak ediblər.

Milli seçim 8 həftə ərzində keçirilib və 8 qrupda 80 iştirakçı yarışıb.
Qaliblər isə tamaşaçıların və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyənləşib.

Bəs, Fərid Məmmədov kimdir?
Fərid Məmmədov 30 avqust 1991-ci ildə Bakıda doğulub. Orta təhsilini Elitar gimnaziyada alıb. O, 2 nömrəli musiqi məktəbində də oxuyub. Eyni zamanda Fərid uşaq yaşlarında kapuera ilə məşğul olub. Altı yaşından isə əməkdar artist Aybəniz Haşımovanın yaratdığı “Bülbüllər” qrupunun solistidir.

F.Məmmədov musiqiçi ailəsində doğulmayıb. Onun anası Maya Məmmədova akrobatika üzrə SSRİ komandasının üzvü olub. Atası Asif Məmmədov cüdo üzrə idman mütəxəssisidir.

Hazırda Fərid Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 4-cü kursunda təhsil alır.

Fərid Məmmədova Eurovision mahnı müsabiqəsində uğurlar!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: