Ağacdələnlər və kraş-testlər

Çin alimləri ağacdələnlərin sərbəst düşmə sürətindən min dəfə daha artıq yüklənmə ilə gün ərzində 12 min dəfə başla zərbəni necə vura bildiyini anlamaq üçün bu quşları yüksəksürətli kamera ilə çəkib, başlarının üçölçülü modelini hazırlayıb virtual kraş-testlər keçiriblər. Pekinin Beyxan Universitetinin bioloqu Yuybo Fanın rəhbərliyi ilə alimlər qrupu “PLoS ONE” jurnalında dərc olunmuş məqalədə belə bir nəticəyə gəlib ki, ağacdələnin kəlləsi və dimdiyində az miqdarda elastik toxuma “səpələnib”. Bu toxumalar vibrasiyanın qarşısını alır və buna görə də ağacdələn hətta bütün günü “dülgərlik” işləri ilə məşğul olsa da baş ağrısı hiss eləmir.
Amerika oftalmoloqu İvan Şvab diqqət edib ki, ağacdələnlərin gördüyü işlər nəticəsində yarana biləcək gözün tor qişasının lay-lay çökməsi, baş-beyin və onurğa beyinin travmaları müşahidə olunmur. O, 2002-ci ildə “British Journal of Ophtalmology” jurnalında dərc etdirdiyi məqalədə qeyd edib ki, ağacdələnlərin sümükləri məsaməli struktura malikdir, aşağı çənələri isə zərbələrin gücünü zəiflədən qığırdaqlı ara qat ilə təchiz olunub. Bundan başqa, çənələri saxlayan əzələlər zərbə anından bir millisaniyə əvvəl gərilib dartılırlar və amortizasiya yastığı yaradıb zərbənin enerjisini elə yayırlar ki, o, beyindən yan keçir.
65464546
Çinli tədqiqatçılar həmkarlarının araşdırmalarının həqiqətə uyğun olduğunu qəbul edirlər. Lakin qeyd edirlər ki, əvvəlki təhqiqatçılar ağacdələnlərin hərəkətinin üçölçülü kinematikasına, say qiymətləndirməsinə və quşların sümüklərinin mikrostrukturunun təhqiqatına az diqqət ediblər. Fan və həmkarları bir neçə böyük ala-bəzək ağacdələnlərdən (Dendrocoposmajor)bir neçəsini tutdular. Qeyd edilən quşlar bu növün ən məşhur nümayəndələridir. Daha sonra 512 x 512 piksel ölçülü, saniyədə 2000 kadr çəkən yüksəksürətli videokamera montaj edilmiş qəfəsə quşları saldılar. Xüsusi kompüter proqramı quşların bədənlərinin və dimdiklərinin hərəkətini izləyir və quş qəfəsin taxtalarını deşərkən hər anı qeyd edirdi. Bu zaman zərbələr zərbə qüvvəsini ölçən cihazla qeyd olunurdu. Çəkilişlər göstərdi ki, zərbə zamanı ağacdələnlər dimdiklərini oxvari trayektoriya ilə hərəkət etdirir, bu isə onlara, zərə gücünü maksimum dərəcədə azaltmaqla kəlləyə düşən təzyiqi azaltmağa imkan verir. Alimlər, rentgen tomoqrafı və elektron mikroskop vasitəsilə onların beyinlərinin mikrostrukturunun xəritəsini hazırladılar. Daha sonra alimlər, material sınaqdan keçirən maşın vasitəsilə 12 ağacdələn kəlləsinə 50 və min Nyuton miqdarında güc verməklə onların möhkəmliyini yoxladılar. Hərəkət edən kəlləni möhkəm divarla toqquşduraraq virtual kraş-test keçirdilər. Məlum oldu ki, ağacdələnin beyni onun kəllə boşluğunun içərisində çox möhkəm oturub, buna görə də heç bir toqquşma baş vermir. Kəllə sümükləri nisbətən möhkəm və daha yumşaq hissələrin mozaikasından ibarətdir, bu sümüklər sıxılma vaxtı titrəyişin qarşısını alır.
Dimdiyin aşağı yarısı kəllənin yuxarı yox, aşağı hissəsində baş verən vibrasiyanın çox hissəsinin qarşısını alır, bu da beyni travmalardan qoruyur. Məqalənin müəllifləri hesab edirlər ki, onların təhqiqatı mühəndislərə möhkəmliyinə görə ağacdələn kəlləsindən geri qalmayacaq kaska və dəbilqə hazırlamağa kömək edə bilər.
Mənbə : http://www.shagird.info

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: