31 Dekabr Bayramınız Mübarək!!!))

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.Artıq 20 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir. Düz 23 il bundan əvvəl, 1989-cu ildə Ordubaddan tutmuş Şəruradək sərhəd dirəkləri sökülməyə başlayıb. Naxçıvanda bir qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa toplaşan hərəkat liderlərinə hədiyyə edilib. Həmin gün dünyanın ən gözəl çiçəkləri kimi hamı o məftilləri bağrına basıb. Elə həmin tarixdə İstanbulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. Hər şey də o tarixdən başlandı. İstanbulda Dünya Azərbaycan Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi. İki il ötdü,1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci ildə isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabrda qeyd olunur.

Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan sayan hər bir insan bu gündə həmrəylik nümayiş etdirir və ya etdirməlidir. 1325339978_hemreylik
Bu gün həmçinin Miladi təqvimi ilə 2012-ci ilin sonuncu günüdür. Ona görə də bu gün dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda yeni il bayramı qeyd olunur, köhnə 2012-ci il yola salınır və yeni 2013-cü il qarşılanır. Bu münasibətlə də hər birinizi səmimi qəlbdən təbrik edirəm və 2012 -ci ildə yaşadığınız bütün azruolunmaz hadisələri elə 2012-ci ildə qoyub, yeni 2013-cü ili yeni və gözəl əhval-ruhiyə ilə qarşılayasınız və 2013-cü il elə gözəl əhval-ruhiyə ilə keçsin, ürəyinizdə olan bütün arzularınız həyata keçsin.Artıq yeni ilə az qalıb.3 saat 35 dəqiqə.HAmının bayramını təbrik edir yeni ildə uğurlar arzu edirəm.
2013-happy-new-year
2013-cü il ölkəmiz üçün də düşərli olsun, İNŞALLAH 2013-cü ili yola salıb 2014-cü ili qarşılayanda QARABAĞIMIZ işğaldan azad edildiyi üçün QARABAĞIMIZDA da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunsun… AMİN !!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: