Səhər yeməyi yeməsək, nə olar?

Hətta səhər yeməməklə arıqlamağı nəzərdə tuturlar. İlkin görünüşdən bu, məntiqli görsənsə də, əslində belə deyil.

Gecə insan yatanda orqanizm dincəlir, amma bəzi orqanlar var ki, onlar işləyir. Bu da enerji itkisi deməkdir. İtirilmiş enerji ilə günə başlamaq düzgün deyil. Bu, günortayadək daha çox enerji itkisinə səbəb olacaq ki, nəticədə siz günorta normadan daha çox enerji almaq məcburiyyətində qalacaqsınız. Bu da sizin arıqlama arzularınızı suya düşürəcək. Keyfiyyətli səhər yeməyi zehni və fikrimizi bir yerə toplama gücümüzü daha da gücləndirir.

Keyfiyyətli səhər yeməyində mütləq yetəri qədər protein, lif olmalıdır ki, aclıq hissi saat 11-12 ə kimi olmasın. Hər yemək vaxtı – səhər yeməyi də buna daxildir – rəngli nə isə yemək lazımdır. Rəngli deyərkən meyvələri, tərəvəzləri, gilə meyvələri nəzərdə tuturam. Əgər səhər tezdən oyanmalısınızsa və iştahanız olmursa, işə/məktəbə gedərkən, yolda bir banan və ya xoşladığınız hansısa bir meyvəni yeyə bilərsiniz. Ancaq mütləq məktəbə/işə çatdığınızda səhər yeməyini yeməlisiniz.

Səhərə yumurta yeyin

Hər səhər müntəzəm olaraq hansı ərzaqları qəbul etməklə gün ərzində orqanizmi enerji ilə təmin etmək və sağlamlığı qorumaq olar? Alimlər belə qərara gəliblər ki, yumurta – ən yaxşı səhər yeməyidir. Səhər yumurta yedikdə uzun müddət həm fiziki, həm də intellektual fəallığı saxlamaq mümkündür.

Yumurtanı cəsarətlə ən yaxşı səhər yeməyi adlandırmaq olar. O, protein, D və B12 vitaminləri, amin turşuları vəantioksidantlarla zəngindir. Özü də səhər qayğanaq yeyənlər çəkinin artacağından narahat olmaya bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: