Əhali

2012-ci il yanvar ayına olan rəsmi məlumata əsasən Azərbaycan əhalisinin sayı 9,235,000 nəfər olmuşdur. Əhalinin 53,1 %-ni şəhər, 46,9 %-ni isə kənd sakinləri təşkil edir. O cümlədən, əhalinin 51 %-ni (4,674,150 nəfər) qadınlar, 49 %-ni (4,490,850 nəfər) kişilər təşkil edir. 2010-cu ildə əhalinin artım göstəricisi 1,3 % olmuşdur.

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 23 % 0-14 yaşda, 69 % 15-64 yaşda, 8 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhərlərdə yaşayır.

Əhalinin orta yaşı 31 yaş təşkil edir.

2009-cu il siyahıyaalınması məlumatlarına əsasən Azərbaycan Respublikasının əhalisinin 91,6 %-ni azərbaycanlılar, 2,0 %-ni ləzgilər, 1,3 %-ni ruslar, 1,3 %-ni talışlar, 1,3 %-ni ermənilər, 2,5 %-ni isə digər etnik qruplar təşkil edir. Azərbaycanda ermənilərin az qala hamısı, Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərində (Dağlıq Qarabağ və ona bitişik Rayonlar) məskunlaşmışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: