Elektron Təhsil Müsabiqəsinin qalibləri açıqlandı

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən IV “Elektron Təhsil” və “1 şagird : 1 kompyuter” Respublika müsabiqələrinin qalibləri 23 avqust tarixində elan edildi.

“Elektron Təhsil” müsabiqəsi

“Elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli”,  “Təhsildə İnternet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları  üzrə keçirilən IV “Elektron təhsil” müsabiqəsində 781 layihə iştirak etmişdir. Müsabiqə üzrə onlayn müzakirələrdəwww.musabiqe.edu.az İnternet səhifəsində 2013-cü ilə qədər qeydiyyatdan keçmiş 4937 müəllim, 1616 tələbə, 4405 şagird, 570 valideyn iştirak etmişdir.

Müsabiqənin məqsədi Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının daha geniş istifadəsini stimullaşdırmaq və müəllimlər üçün bu istiqamətdə motivasiyanı artırmaqdır.

“Elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli” nominasiyası üzrə I yerə Sona Səlimova (Bakı Modern Məktəbin müəlliməsi), II yerə Çingiz Əzimov (Ağdam rayonu Quzanlı kənd tam orta məktəbin 9-cu sinif şagirdi), III yerə isə Cəsarət Əzimov (Ağdam rayonu Quzanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi) layiq görülmüşdür.

Müəllimlırin bloqları” nominasiyası üzrə I yeri Sevil Abdulkərimova (Mingəçevir 3 nömrəli tam orta məktəbin müəlliməsi) tutmuşdur. Gülbəniz İbrahimova (Kürdəmir 1 nömrəli tam orta məktəbin müəlliməsi) II yerə,  Etibar Süleymanov (Ordubad Dırnıs tam orta məktəbin müəllimi) və Şərafət Bayramov (İsmayıllı Cülyan kənd tam orta məktəbin müəllimi) III yerə layiq görülmüşlər.

Birgə layihə ilə çıxış edən Dünyabəyim Eminova və Nail Fərəcov (İsmayıllı 2 nömrəli məktəb) “Təhsildə İnternet resursları” nominasiyası üzrə I yerə,  Aliyə Səlimova və Anar Səlimov (Bakı şəhər, 264 nömrəli tam orta məktəb) – II yerə, Aygün  Qasımova (Şəki şəhər, 5 nömrəli tam orta məktəbin müəlliməsi) – II yerə, Aydın Əbilli (Bakı şəhər, Yeni Yazarlar və Sənətçilər Qurumu) isə III yerə layiq görülmüşdür.

Qaliblərə diplomlar, noutbuklar, netbuklar, printerlər və digər xüsusi mükafatlar təqdim olunmuşdur.

Qaliblərlə yanaşı 24 iştirakçı fərqlənənlər adına layiq görülmüşdürlər. Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr təqdim edilmişdir.  Qeyd etmək lazımdır ki, müsabiqə artıq dördüncü ildir ki, keçirilir və 2010-2012-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 2000-dən artıq layihə təqdim edilmişdir.

“1 şagird:1 kompyuter” müsabiqəsi
Müsabiqənin əsas məqsədi Təhsil nazirliyi tərəfindən alınmış 200 ədəd netbuku daha səmərəli istifadə etməyə hazır olan müəllimlər və məktəblər arasında bölüşdürülməsidir.

Müsabiqəyə 206 nəfər iştirakçı layihələrini təqdim etmişdir. Qaydalara əsasən müsabiqədə yalnız II-VI sinif müəllimləri iştirak etmişdir. Müsabiqənin birinci mərhələsinə 140 iştirakçının layihəsi qəbul edilmişdir. Yaradılmış ekspert komissiyasının seçimi əsasında 30 layihə ikinci mərhələyə keçid almış və yekun olaraq 9 müəllimin layihəsi müsabiqənin qalibi seçilmişdir.

Müsabiqənin qalibləri Dilarə Şəfiyeva (Sumqayıt şəhər, TET Gimnaziyası), Afaq Eyubova (Bakı şəhər “Ankara” məktəb-liseyi), Gülzar Əliyeva (Lənkəran rayon, 4 nömrəli HTM),  Zenfira Əsədova (Sumqayıt şəhər, TET Gimnaziyası), Bahar Abdullayeva (İsmayıllı rayon, 1 nömrəli tam orta məktəb), Şəhla Qəribova (Şamaxı rayon, 10 nömrəli tam orta məktəb), Sevil Xəmmədova (Bakışəhər, Bağça-məktəb-lisey kompleksi), İqbal Məmmədov (Şamaxı rayon, Nağaraxana kənd tam orta məktəbi), Rövşən Əliyev (İsmayıllı rayon, Lahıc kənd tam orta məktəb) müəyyən olunmuşdur.

Qalib gəlmiş müəllimlərin sinif otağı Təhsil nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq, noutbukla, proyekotrla, elektron lövhə və şagirdlərin sayına uyğun netbuklarla təchiz ediləcəkdir.
Onuda qeyd etmək lazımdır ki, “Elektron Təhsil” və “1 şagird : 1 kompyuter” müsabiqələrində iştirak edən bütün layihələr onlayn olaraq təqdim edilmişdir. Beləki, iştirakçilar www.musabiqe.edu.az veb səhifəsindən qeydiyyatdan keçərək, müvafiq ərizəni doldurduqdan sonra öz işlərini müsabiqəyə göndərmişlər. Eyni zamanda müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən də onlayn olaraq qiymətləndirilmişdir.

Müsabiqə “Dr. Web”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “AZEDUNET”, “Ultra”, “Mədəd Azərbaycan” və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənib.

Hamını təbrik edirəm və sizə keçirilən tədbirdən şəkillər təqdim edirəm.

Məktəbli forması ilə bağlı – AÇIQLAMA

Komitədən daxil olan məlumatda bildirilir ki, komitəyə valideynlər tərəfindən məktəbli formalarının keyfiyyəti və təhlükəsizliyi barədə çoxsaylı müraciətlər gəlməkdədir. Belə ki, son günlərdə Bakı şəhərinin bir neçə ünvanında saxta əmtəə nişanlı, keyfiyyətsiz məktəbli formalarının satışının aşkar olunması və bunun qarşısının alınması istiqamətində görülmüş tədbirlərlə əlaqədar istehlakçılar məktəbli geyimlərinin istehsalı ilə məşğul olan təsərrüfat subyektləri barədə məlumatlar əldə etmək istəyirlər.

mekteb tehsil (1)
Komitə çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikasında məktəblilər üçün geyim dəsti istehsalını “Bakı Tikiş Evi” ATSC (Bakı şəhəri ərazisində və digər yerlərdə) və “Bakı Tekstil Fabriki” MMC (Sumqayıt şəhəri, Abşeron rayonu və digər yerlərdə) həyata keçirir. Qeyd olunub ki, komitə tərəfindən təsdiq olunmuş hər iki müəssisəyə məxsus texniki şərtlərdə məhsulun keyfiyyətinə olan zəruri, insan sağlamlığı, əmlakının qorunması üçün təhlükəsizliyi təmin edən məcburi tələblər öz əksini tapıb: “Şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri valideynlərin, məktəb direktorlarının və şagirdlərin iştirakı ilə seçilib, razılaşdırılıb və təsdiq olunub.
Hər iki müəssisənin istehsal etdiyi məhsulların laboratoriya sınaqları aparılıb, normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilib və Komitə tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb.
Adıçəkilən müəssisələrdən başqa məktəbli formalarının istehsalı ilə bağlı Komitəyə heç bir müraciət daxil olmayıb. Ona görə də, valideyn və məktəblilərə keyfiyyəti və təhlükəsizliyi təsdiq olunmuş müəssisələrin məhsullarını almağı tövsiyə edirik”.

Mənbə : http://az.apa.az/

“Ağ şəhər” layihəsi çərçivəsində işlər sürətləndirilir

Paytaxtın Xətai rayonunda – “Qara şəhər” adlanan ərazidə “Bakı Ağ şəhər” layihəsinin reallaşdırılması sahəsində işlər daha da sürətlənib.

 ag-seher-es (1)
Rayon icra hakimiyyətindən bildiriblər ki, cari ilin may ayının sonlarında “Bakı Ağ şəhər” layihəsi çərçivəsində Milli Parkın ikinci mərhələsinin təməlqoyma mərasimi keçirilib, burada insanların istirahəti üçün hərtərəfli şəraitin yaradılması istiqamətində geniş tədbirlər planı hazırlanıb.

Artıq rayonun bu ərazisində qızğın iş gedir və yaxın gələcəkdə layihədə nəzərdə tutulmuş digər tikililərin də inşasına başlanacaqdır.

Eyni zamanda, Xocalı prospektindəki iş mərkəzində və Nobel prospektindəki “Yeni həyat “ yaşayış kompleksində də işlər başa çatdırılıb.

Mənbə : http://xezerxeber.com

Ən yaxşı ümumtəhsil məktəbi

Azərbaycan Prezidenti İlham Əliyev 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, müsabiqədə müvəffəqiyyət qazandığına görə aşağıda qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb:

Ağstafa şəhəri 2 nömrəli tam orta məktəb

Bakı Dövlət Universiteti nəzdində “Gənc İstedadlar” liseyi

Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi

6 nömrəli məktəb-lisey

Bakı şəhəri 20 nömrəli məktəb-lisey

Bakı şəhəri 27 nömrəli tam orta məktəb

Bakı şəhəri 29 nömrəli tam orta məktəb

Bakı şəhəri 30 nömrəli tam orta məktəb

Bakı şəhəri 32 nömrəli tam orta məktəb

Bakı şəhəri 35 nömrəli tam orta məktəb

Bakı şəhəri 39 nömrəli tam orta məktəb

Bakı şəhəri 46 nömrəli tam orta məktəb

Bakı şəhəri 70 nömrəli məktəb-lisey

Bakı şəhəri 94 nömrəli tam orta məktəb

Bakı şəhəri 110 nömrəli tam orta məktəb

Bakı şəhəri 160 nömrəli Klassik gimnaziya

Bakı şəhəri 191 nömrəli tam orta məktəb

Bakı şəhəri 220 nömrəli məktəb-lisey

Bakı şəhəri 263 nömrəli tam orta məktəb

Bakı şəhəri 275 nömrəli tam orta məktəb

Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyi

Bakı şəhəri 308 nömrəli tam orta məktəb

Bakı şəhəri 319 nömrəli tam orta məktəb

Balakən şəhəri 1 nömrəli tam orta məktəb

Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına məktəb-lisey

Bərdə şəhəri 3 nömrəli tam orta məktəb

Gəncə şəhəri 4 nömrəli tam orta məktəb

Göyçay şəhəri 3 nömrəli tam orta məktəb

Xəzər Universitetinin Dünya məktəbi

İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəb

İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi

İsmayıllı rayonu Talıstan kənd tam orta məktəbi

Kürdəmir şəhəri 1 nömrəli tam orta məktəb

Qax şəhəri 2 nömrəli məktəb-lisey

Qazax şəhəri 1 nömrəli tam orta məktəb

Qəbələ şəhəri 4 nömrəli tam orta məktəb

Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəb

Naxçıvan şəhəri 10 nömrəli tam orta məktəb

Oğuz rayonu Xaçmaz kənd 1 nömrəli tam orta məktəb

Ordubad şəhəri 3 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya

Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyi

Sumqayıt şəhəri “İstedad” liseyi

Sumqayıt şəhəri 30 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb

Şərur şəhəri 1 nömrəli tam orta məktəb

Şirvan şəhəri 10 nömrəli tam orta məktəb

Tovuz rayonu Azaflı kənd tam orta məktəbi

Ucar şəhəri 2 nömrəli tam orta məktəb

“Zəngi” liseyi

Hamamını təbrik edirəm.Mənim oxuduğum Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə qaliblər arasındadı.Buna görə çox sevinirəm və bütün qalib məktəblərin şagird və müəllim kollektivini təbrik edirəm.

981481_157567567779098_432073956_o

Mənbə : http://sia.az

İstidə bunları etməyin!

İsti hava şəraitində bu hərəkətlərə yol vermək olmaz. Siyahı elə də böyük olmasa da, əməl etmək sizə ancaq fayda verəcək.

Həkim məsləhətini oxucularına təqdim edirik.

Saat 12-16:00 arası evdən çıxmayın. Bu zaman sutkanın ən isti vaxtıdır və gün vurma təhlükəsi maksimumdur.

Hava Thermometer-537x358İctimai nəqliyyatda ehtiyatlı olun – burda istidən başqa, havasızlıq da var.Dar və hündürdaban geyinməyin – dəri nəfəs almalıdır.

Kosmetikanı azaldın, mümkündürsə istifadə etməyin. Ən ziyanlı kosmetik vasitə tonal krem və pudradır. Onlar dəriyə nəfəs almaq imkanı vermir.Ətir və lasyonlarından istifadə etməyin. Çünki isti havada qoxu bezdirir və havasız şəraitdə nəfəs almaq çətinləşir.

Papaqsız küçəyə çıxmayın. İstilərdə baş örtüyü vacibdir. Xüsusilə uşaqlar üçün. Rəngli geyimlərə, örtüklərə üstünlük verin.Soyuq su ilə çimməyin. Su ilə havanın temperaturu arasında fərq 10 dərəcədən çox olmamalıdır. Kəskin fərq damarlarda problem yarada bilər.

İdmanla fəal məşğul olmaq, ağır fiziki işlə məşğul olmaq məsələhət deyil.Ağır yağlı, ətli yeməklərdən, kremli şirniyyatlardan çəkinin.Əgər isti yay günlərində özünüzü piss hiss edirsinizsə, dərhal həkimə müraciət edin.

Mobil internetin sürəti 7 dəfə artacaq

2017-ci ilədək mobil internetin orta sürəti 7 dəfə artacaq.
111111
2017-ci ilədək mobil internetin orta sürəti 7 dəfə artacaq və dünyada internetə çıxış imkanına malik 10 milyard mobil qurğu olacaq. Bu barədə Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda “Cisco”-nun inkişaf etməkdə olan ölkələr üzrə baş vitse-prezidenti Dankan Mitçell deyib. “2017-ci ilədək mobil trafikin 50%-dən çoxu “4G” şəbəkələrinin payına düşəcək” – o deyib.

Mənbə : http://www.ictnews.az/

Peykimiz 5 milyard gətirdi

Əli Abbasov: “Bu məbləğ peyki hazırlayan ABŞ şirkətinin kreditinə yönləndirilib”

 “Azərbaycan telekommunikasıya peyki göydədir. Ondan artıq gəlir götürülüb”. Bunu rabitə və informaisya texnologiyaları naziri Əli Abbasov deyib.

azerspaceO bildirib ki, Şimali Afrika ölkələrinə peyk vasitəsilə xidmət göstərilir: “Artıq 5 milyard dollar gəlir götürülüb. Bu məbləğ isə peyki hazırlayan ABŞ şirkətinin kreditinə yönləndirilib”.

Nazir həmçinin bildirib ki, 2013-cü ilin sonundan etibarən Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.“Azərbaycanda rəqəmsal televiziya yayımına keçidlə əlaqədar işlər sürətlənib. Artıq bu ilin sonundan analoq yayım dayandırılacaq və gələn ildən tamamilə rəqəmsal yayıma keçiləcək”.

Mənbə : http://xezerxeber.com

2012/2013-cü tədris ilində ümumi orta təhsil səviyyəsinin buraxılış siniflərində keçirilən imtahanların nəticələri və cavab kartlarının qrafik təsvirləri.

Sabah – yəni iyunun 7-si Azərbaycanın digər rayon və şəhərlərində 9 və 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək.Qeyd edim ki həmin imtahanlar iyunun 2-də də buraxılış imtahanları keçirmişdi.Buraxılış imtahanlarının nəticələrini öyrənmək üçün http://www.tqdk.gov.az/ – a daxil olub aşağıda göstərdiklərimi etmək kifayətdir.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 7-də Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaqdır.Bu imtahanlarda iştirak edəcək şagirdlər buraxılış vərəqələrini internet vasitəsilə çap edə bilirlər.
Ətraflı : http://www.tqdk.gov.az/

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children’s Day) – 1 İyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.
66688Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunmuşdur.

SoN ZənG 31.05.2013

31 MAY – bu bəlkə də 11 il oxuyan şagirdin 11 illik tarixində yeganə gündür ki, o günü həm sevinclə həm də kədərlə qarşılayır.Bu gün məktəb dövrünün ən son, pik zirvəsidir.Bu pik zirvəni yaşamaq əslinə qalsa çox qürur vericidi..Çünki bu gündən etibarən sən məktəbdə oxuyan şagird yox, artıq müstəqil Azərbaycanın azad gənclərinə çevrilirlər.Arzu edirəm ki, məzun adından sonra tələbə adına layiq olsunlar.Bütün 11 ci sinifi qurtaran şagirdlər təbrik edir, həyatda uğurlar arzulayıram və bizim məktəbdə keçirilən son zəngdən şəkilləri sizinlə palaşıram.